Cümə axşamı , Aprel 30 2026
azfa

Molla rejimi Urmiya gölünü tamamilə məhv etməkdədir

Güney Azərbaycanda yerləşən dünyanın 6-cı ən böyük duzlu gölünün su səthinin 4%-nə bərabər olan bataqlıq və yarı quru hissədən ibarət 170 kvadratlıq hissəsi qalır.

Urmiya gölünün son peyk görüntüləri göstərir ki, 2021-ci ilin noyabrında gölün sahəsi təxminən 900 kvadrat kilometr azalıb və bu azalma sonrakı illərdə də davam edib, 2023-ci ilin noyabrına qədər gölün suyunun səviyyəsi daha da azalıb və tamamilə məhv olmaq üzrədir.

Urmiya gölünün normal ekoloji su həcmi 30 milyard kubmetrdən çox, minimum ekoloji sahəsi isə 4635 kvadrat kilometr olmalıdır.

Urmiya gölü ərazisində bəndlərin tikintisi prosesinin intensivləşməsi və son iki onillikdə 80-dən çox bəndin tikintisi gölün qurumasına gətirib çıxarıb.

“Şərif” Texnologiya Universitetinin Uzaqdan Zondlama Araşdırma Mərkəzinin bu yaxınlarda dərc olunmuş və “Etemad” qəzetinin də müxbirinə çatan “Urmu gölünün su səviyyəsi, səthi və həcminin peyk görüntülərindən istifadə etməklə təhlili” adlı son hesabatına əsasən, 2015-ci ilin noyabr ayında Urmu gölü ən pis vəziyyətə çatıb. 2019-cu ildə isə bir sıra tədbirlərdən sonra göldəki su həcmi artıb. Ancaq sonrakı illərin görüntüləri artıq ümidverici olmayıb.

Həmçinin yoxlayın

İran mətbuat azadlığına dünyada sondan üçüncüdür

GADTB: “Sərhədsiz Reportyerlər” təşkilatının məlumatına görə, 2026-cı ildə İran mətbuat azadlığı baxımından dünyanın ən pis …

BMT İranda edamların dayandırılmasına çağırıb

GADTB: BMT-nin İran üzrə xüsusi məruzəçisi Mai Sato ölkə hakimiyyətini edamların dayandırılmasına çağırıb. O bildirib …