Cümə axşamı , Sentyabr 10 2026
azfa

Molla rejimi Urmiyada Kərim Bostançını məcburi təqaüdə çıxrdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Urmiyadan olan azərbaycanlı həmkarlar ittifaqı fəalı Kərim Bostançı Xizrabadi Qərbi Azərbaycan Vilayəti Təhsil İşçilərinin Birinci İnzibati Xətalar Şurasının hökmü ilə bir qrup ixtisar edilməklə məcburi təqaüdə məhkum edilib.

Azərbaycanlı fəalı şərləyib və ona qarşı ağır ittihamlar irəli sürüblər.

Qərbi Azərbaycan Əyalətinin Təhsil İşçilərinin İnzibati Xətalar Komitəsinin çıxardığı qərara əsasən, O, “Sistemin məsul şəxsləri və yüksək vəzifəli şəxslərinin ünvanına qeyri-adi və istehza xarakterli sözlər işlətmək, hicab və hökmü sorğu-sual etmək, qeyri-qanuni mədəniyyət təşkilatlarının fəallarına dəstək vermək, mədəniyyəti təbliğ etmək və s.” məsələlərdə ittiham edilib.

Qərbi Azərbaycanın həmkarlar ittifaqı fəallarından olan azərbaycanlı fəal iyirmi yeddi illik iş təcrübəsi var.

Həmçinin yoxlayın

Tramp İrana memoranduma qayıtmayacağını bildirib

GADTB: “Middle East Eye” saytı çərşənbə günü, sentyabrın 9-da, İran İslam Respublikası hökumətinə yaxın iki …

Yəmən hökumət qüvvələri Təiz vilayətinin qərbində irəliləyir: husilərdən bir neçə mövqeyi geri alınıb

GADTB: Yəmənin rəsmi hökumətinə bağlı silahlı qüvvələr bildiriblər ki, Təiz vilayətinin qərbində yerləşən «Əl-Kədəhə» cəbhəsində …