Çərşənbə axşamı , Noyabr 17 2026
azfa

Molla rejimi uyğur türkünü həbs edərək Çinə təhvil verib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi uyğur türkünü həbs edərək Çinə təhvil verib.

“Azad Asiya” radiosu bu barədə məlumat yayıb.

Məlumata görə, molla rejimi Çin vətəndaşı Əbuhaşim Tursun adlı uyğur iş adamını Tehran Hava Limanına çatdıqdan sonra saxlayaraq sorğu-sual edib və sonra Çinə təhvil verib.

Məlumata görə, Çin hökuməti həssas ölkələr siyahısına əlavə etdiyi BƏƏ-yə səfər etdiyi üçün onu 15 il həbs cəzasına məhkum edib. 

Bildirilir ki, o, ədviyyat alqı-satqısı sahəsində biznesini genişləndirmək qərarına gəlib və bu məqsədlə 2018-ci ildə İrana səfər edib.

Qeyd edək ki, Çin hökuməti Şərqi Türküstanda etnik təmizləmə siyasəti apararaq müxtəlif bəhanələrlə uyğur türklərini həbs edib məcburi əmək düşərgələrinə sürgün edir.

Həmçinin yoxlayın

ABŞ-ın “Ruzvelt” aviadaşıyan gəmisi Yaxın Şərqə daxil olub

GADTB: “Aksios” nəşrindən sonra Birləşmiş Ərəb Əmirliklərinin “The National” jurnalı və “Jerusalem Post” qəzeti də …

İrqçi fars rejiminin parlamenti xarici ölkələrin media qurumları ilə əməkdaşlığı cinayət hesab edir

GADTB: İran parlamenti media məkanının məhdudlaşdırılması və informasiyanın sərbəst yayılmasına qarşı təzyiqlərin gücləndirilməsi istiqamətində atdığı …