GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi avqustun 27-də Güney Azərbaycanın bir neçə şəhərində azərbaycanlı milli fəalları həbs edib.
Güney Azərbaycan Milli Hərəkatının qadın fəallarından olan Züleyxa Qazizadə dünən Ərdəbildə öz evində İranın ETTELAAT məmurları tərəfindən həbs edilərək naməlum yerə aparılıb.
Eyni zamanda rejimin ETTELAAT məmurları Miyana şəhərində yaşayan ədəbiyyatçı və şair Məhəmməd Şeyxülislami həbs ediblər.
Azərbaycanlı şair yaxalanarkən rejimin məmurları tərəfindən vəhşicəsinə döyülüb.
Qeyd edək ki, həmin şəxslərin həbsinin səbəbləri və aparıldığı yer barədə məlumat yoxdur.