Şənbə , Oktyabr 17 2026
azfa

Molla rejimi Ərdəbildən olan sosioloq və siyasi fəalı həbs edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin ETTELAAT məmurları dünən Ərdəbildən olan azərbaycanlı siyasi fəal və sosioloq Araz (Yunis) Süleymani Ərdəbil şəhərində həbs ediblər.

 Rejimin məmurları azərbaycanlı fəalı öz şəxsi evində yaxalayıblar.

Ötən aylarda ETTELAAT qüvvələri tərəfindən çağırılaraq dindirilən siyasi fəal barəsində 8 ay həbs qətimkan tədbiri seçilmişdi.

Qeyd edək ki, Araz Süleymani yazıçı, tədqiqatçı, sosioloq, Güney Azərbaycan Birliyi və Tələbə Hərəkatının keçmiş üzvü, “Sina” qəzetinin yazarı, “İldırım”, “Birlik yolu” tələbə jurnallarının məsul katibi olub.

Hələlik azərbaycanlı fəalın nə səbəbə görə yaxalanması və harada saxlanması barədə məlumat veriulmir.

Həmçinin yoxlayın

Tanınmış Azərbaycan şairi, “Ayrılmaz” təxəllüslü Yaqub Əhmədvənd vəfat edib

GADTB: “Ayrılmaz” təxəllüsü ilə tanınan, müasir Azərbaycan ədəbiyyatının görkəmli şairlərindən Yaqub Əhmədvənd bir müddət xəstəlikdən …

SEPAH zabitləri Yəməndə ön cəbhədə husilərin hücumlarını yönləndirməyə kömək edirlər

GADTB: İran İslam Respublikası Yəməndəki husilərə hərbi, kəşfiyyat və əməliyyat dəstəyini artırıb. Tehran Səudiyyə Ərəbistanına …