Çərşənbə , Mart 26 2025
azfa

Molla rejimi zorla azərbaycanlı körpə “Sevda”ya “Sudi” adın doğum haqqında şəhadətnamə veriblər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin Zəngandakı Vətəndaş Vəziyyıtlərinin Qeydiyyatı İdarəsinin işçiləri Sevda adını doğum haqqında şəhadətnaməyə bilərəkdən Sudi kimi yazıblar.

Azərbaycanlı körpənin anası Raziyə Ocaği Balamın Adı kampaniyasına müsahibəsində bununla bağlı deyib: “Qızım 2013-cü ildə anadan olub və onun adını Sevda qoymuşduq. Vətəndaş Vəziyyıtlərinin Qeydiyyatı İdarəsinin əməkdaşları yoldaşıma bildiriblər ki, həmzə işarəsi ilə bu ada doğum haqqında şəhadətnamə verə bilməzlər, çünki sistem həmzə işarəsini qəbul etmir. Qızımın adını düzəltmək üçün 2 il çalışdıq, ancaq əməkdaşlar bizim xahişimizi rədd etdilər”.

Çarəsiz ananın sözlərinə görə, 9 ildən sonra qızcığaz 4-cü sinifdə oxuyanda sözügedən idarə ailəni uşağa Sudi adını qoymağa məcbur edib.

Qeyd edək ki, irqçi fars-molla rejimi Azərbaycan türklərinə öz övladlarına öz dillərində ad qoymağı qadağan etməklə, bu millətin milli kimliyiniu məhv etməyi qarşıya məqsəd qoyub.

Həmçinin yoxlayın

Avropa Birliyi İranın nüvə silahı əldə etməsinin qarşısını almağa çalışır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Avropa İttifaqının (Aİ) xarici siyasət rəhbəri Kaya Kallas …

Amerika İranın neft daşıyan gəmilərini ələ keçirib

GADTB: Amerika İranın gizli şəkildə və qanunsuz neft daşıyan neft gəmilərini ələ keçirib. Bu haqda …