Bazar , Fevral 25 2024
azfa

Molla rejimin ayrı-seçkilik siyasəti nəticəsində Təbrizə ən az xarici turist gəlir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin Azərbaycana qarşı ayrı-seçkilik siyasəti turist cəzbində də özünü göstərib.

Təbriz Universitetinin Coğrafiya və şəhərsalma fakültəsinin müəllimi, turizm üzrə araşdırmaçı Rəhim Heydəri deyib ki, Təbriz İranın böyük şəhərləri arasında xarici turistlərin ən az səfər etdiyi şəhərlərdən birinə çevrilib.

Təbrizdə turizmin iflasa uğradığını deyən Heydəri bunu turizm sahəsində lazımi işlərin aparılmaması və Təbrizin turizm imkanlarının tanıtdırılmaması ilə əlaqələndirib:

“Hər cür əhəmiyyətli və unikal turizm imkanlarına malik qədim Təbriz şəhərinin Tehran, Məşhəd, İsfahan və Şiraz şəhərlərindən geri qalması, ölkəyə gələn xarici turistlər üçün gediləsi ən sonuncu yer olması faktı göstərir ki, bu sahədə iş aparılmayıb”, – Heydəri bildirib.

Qeyd edək ki, İranın aparıcı turizm şirkətləri, hökumətə bağlı əlaqədar qurumlar kataloq və reklam nəşrlərində Tehran, Şiraz, İsfahan, Məşhəd, Yəzd, Kaşan və başqa şəhərlərdən fərqli olaraq, Təbrizə yer vermirlər.

Həmçinin yoxlayın

Azərbaycanlı fəal Salar Tahir Əfşar hələ də qeyri-müəyyən vəziyyətdə həbsdə saxlanılır

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi azərbaycanlı fəal Salar Tahir Əfşarı …

Türkiyənin “Bayraqdar Akıncı C” PUA-s ilk uçuş sınağını başa vurdu

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Türkiyənin “Bayraqdar Akıncı C” PUA-sı ilk uçuş sınaqlarını …