Çərşənbə , Sentyabr 23 2026
azfa

Molla rejimin edam qərarlarına qarşı 59 həbsxanasında məhbuslar aclıq aksiyası keçirir

GADTB: Bu gün səhər saatlarından başlayaraq İranın 59 həbsxanasında saxlanılan minlərlə məhbus molla rejimin edam hökmlərinin dayandırılması tələbi ilə yenidən aclıq aksiyasına başlayıblar.

Məhbuslar beynəlxalq ictimaiyyətin və insan haqları müdafə qurumlarının diqqətini ölkədə artan edam cəzalarına cəlb etmək üçün bu addımı atıblar.

Aclıq aksiyası 132-ci dəfədir ki, hər həftənin ikinci günündən başlayaraq 24 saat müddətinə keçirilir.

Qeyd edək ki, cari ilin əvvəlindən bu günə kimi İranda kimliyi müəyyənləşdirilən edam edilənlərin sayı 400-ü keçib.

İranlı Məhbusların Hüquqlarını Müdafiə Təşkilatı isə 2026-cı ildə edam olunanların ümumi sayının 900-dən çox olduğunu bildirib.

Həmçinin yoxlayın

Deni Danon: İran İslam Respublikasının rəhbərlərinin harada gizləndiyini bilirik; İsrailə hücum etsələr, öldereləcəklər

GADTB: İsrailin Birləşmiş Millətlər Təşkilatındakı səfiri və daimi nümayəndəsi Deni Danon “Foks Nyus”a müsahibəsində bildirib …

Uitekaf və Əraqçi Nyu-Yorkda danışıqlar aparıb

GADTB: ABŞ-ın xüsusi nümayəndəsi Stiv Uitekaf bildirib ki, çərşənbə axşamı, 22 sentyabr 2026-da BMT Baş …