Çərşənbə axşamı , Avqust 25 2026
azfa

ABŞ-ın nikbinliyinə baxmayaraq, Hörmüz boğazında gəmi hərəkəti hələ də məhduddur

GADTB: CNN xəbər verir ki, ABŞ-ın maliyyə naziri Skott Bessent Hörmüz boğazında gəmi hərəkətinin bərpası ilə bağlı İranla razılığın çərşənbə axşamı və ya çərşənbə günü əldə olunacağına ümid etdiyini bildirsə də, dəniz daşımaları üzrə analitiklər boğazdan gündəlik adətən 10-dan az gəminin keçdiyini deyirlər.

Kpler şirkətinin məlumatlarına əsasən, 11 avqust bazar günü Hörmüz boğazından cəmi 9 gəmi keçidi qeydə alınıb ki, onlardan yalnız ikisi neft tankeri olub. Hesabatda həmçinin qeyd edilir ki, bəzi gəmilər izləmə sistemlərini söndürərək hərəkət etdiklərinə görə mövcud vəziyyəti dəqiq qiymətləndirmək çətinləşir.

Səudiyyə Ərəbistanının Aramco şirkətinin baş icraçı direktoru isə bildirib ki, Hörmüz boğazı bu gün açılsa belə, neft ehtiyatlarında yaranmış azalmanın kompensasiya olunması 18 aya qədər vaxt apara bilər.

O əlavə edib ki, Hörmüz boğazında gəmi hərəkətinin məhdudlaşması səbəbindən qlobal bazarlar həftədə 100 milyon bareldən çox neft itirir.

Həmçinin yoxlayın

Rejimin etiraz qorxusu: FƏTA polisi etirazları “qızışdıranları” müəyyənləşdirib cəzalandırmaqda vəzifələndirildi

GADTB: İrqçi fars-molla rejimi xalq etirazlarının baş verməsindən ehtiyat edərək müxtəlif tədbirlərə əl atır. İran …

Fransa, Britaniya və ABŞ-ın Hörmüzdə gizli minatəmizləmə əməliyyatı keçirdiyi bildirilir

GADTB: Fransa xüsusi xidmət orqanlarının sözçüsü hesab olunan Intelligence Online nəşri yazıb ki, ABŞ və …