GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, molla rejimin həbs etdiyi Azərbaycan Milli Hərəkatının fəalı Əşkan Səadətmehr Urmiyada rejimin mərkəzi həbsxanasına köçürülüb.
Vicdan məhbusunun yaxınlarından əldə olunan məlumata əsasən, azərbaycanlı fəal günlərlə döyülərək, fiziki işgəncələrə məruz qalıb.
Əşkan Səadətmehr 22 sentyabrda SEPAH-nin kəşfiyyat idarəsi tərəfindən saxlanılmışdı.
Qeyd edək ki Əşkan Səadətmehr daha öncə də tutularaq fevral ayından azadlığa buraxılmışdı.