Cümə , Fevral 3 2023
azfa

Molla rejimin həbs etdiyi azərbaycanlı fəal Pərisa Söhrabini qeyri-müəyyən vəziyyətdə saxlayır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi oktyabrın 20-də Təbrizdə həbs etdiyi azərbaycanlı fəal Pərisa Söhrabini qeyri-müəyyən vəziyyətdə saxlayır.

Molla rejiminin sifarişini yerinə yetirən rejimin məhkəmə sisteminin nümayəndələri azərbaycanlı xanıma təzyiq göstərirlər.

Azərbaycanlı xanım fəalın nədə nədə ittiham olunduğu barədə heç bir məlumat verilmədən azərbaycanlı fəal Təbrizdə rejimin zindanında həbs edilib.

Qeyd edək ki, Pərisa Söhrabi 24 sentyabrda özünün tvitter hesabında etiraz aksiyaları ilə bağlı paylaşımına görə polis idarəsinə çağırılıb. O, bir gecə təcridxanada saxlanıldıqdan sonra sərbəst buraxılıb. Lakin rejimin məmurları onu daha sonra yenidən həbs ediblər.

Pərisa Söhrabinin saağlıq durumunda problemlər var və bu məsələni kamerada müalicə edən zindan həkimi də öz rəyini verib. Lakin azərbaycanlı fəal sərbəst buraxılmır.

Həmçinin yoxlayın

Molla rejimi Təbrizdəki Azərbaycan konsulluğunu da hədəf alıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İranda Azərbaycanın Təbrizdəki Baş Konsulluğunun bağlanması çağırışı edilib. …

İran Azərbaycana Xoyda zəlzələdən zərər çəkmiş soydaşlarımıza yardım edilməsinə imkan vermir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycan dövləti Xoyda zəlzələdən zərər çəkmiş soydaşlarımıza yardım …