Bazar ertəsi , Dekabr 4 2023
azfa

Molla rejimin həbs etdiyi azərbaycanlı fəallar işgəncə edildiyi üçün aclıq aksiyasına başlayıblar

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bir müddət öncə Təbrizdə rejimin ETTELAAT İdarəsi tərəfindən həbs edilərək qeyri-rəsmi və qanunsuz təcridxanalara köçürülən azərbaycanlı siyasi fəallar məcburi etiraflar vermək üçün ağır işgəncələrə məruz qalıblar.

Bu barədə Güney Azərbaycan İnsan Haqları Təşkilatının hesabatında məlumat verilib.

Məlumata görə, həbs olunan siyasi fəallar ETTELAAT İdarəsində verilən işgəncələrdən sonra kütləvi aclıq aksiyasına başlayıblar.

Azərbaycanlı fəalların hazırkı vəziyyəti ilə bağlı hələlik dəqiq məlumat verilmir.

Həmçinin yoxlayın

Həbs edilən azərbaycanlı reper nəhayət ailəsi ilə telefon əlaqəsi saxlaya bilib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin həbs etdiyi azərbaycanlı reper nəhayət …

Güney Azərbaycanda reperlər azərbaycanlı məhbuslara dəstək aksiyası keçirdilər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanda reperlər azərbaycanlı məhbuslara dəstək aksiyası keçiriblər. …