Çərşənbə , Fevral 21 2024
azfa

Molla rejimin həbs etdiyi azərbaycanlı fəalların vəziyyəti barədə məlumatsızlıq ciddi narahatlıq doğurur

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin ötən 2 ay ərzində həbs etdiyi 13 azərbaycanlı fəalın taleindən məlumat verilməməsi, onların ailələrinin ciddi narahatlığına səbəb olub.

Ailələrin dediyinə görə,  “milli fəallar vəkillə təmin olunmur” və “nədə ittiham olduqları barədə” düzgün məlumat verilmir.

Həbsdə saxlanılan Davud Şirinin qardaşı Əyyub Şiri bu barədə “Radio Fərda”ya müsahibəsində deyib: “Qardaşım sentyabrın 13-ü Təbrizdə evinin qarşısında yaxalanıb. İndiyədək ailəsi ilə yalnız 3 dəfə-  bir neçə saniyəlik telefon danışığına imkanı verilib.”

O, qardaşının və digər  həbs olunanlar barədə deyib: “Onlar barədə düzgün məlumat verilmir, nədə ittiham olduqlarına aydınlıq gətirmirlər.

Bir dəfə deyiblər ki, hansısa işlər görmək istəyirdilər. Növbəti  dəfə deyiblər, silah gətirirmişlər. Sonuncu dəfə də deyiblər ki, onlar qruplara üzv olmaqda ittiham olunurlar.”

Rejimin həbs etdiyi Yürüş Mehrəlibəylinin qardaşı Yılmaz Mehrəlibəyli deyib: “Qardaşım noyabrın 4-də Culfada saxlanılıb. O vaxtdan ancaq bir dəfə həyat yoldaşı ilə bir neçə saniyəlik telefon danışığına icazə verilib.

Məhkəmə sistemi müstəqil deyil. Ona görə də bizə aydın cavab verilmir. Təbrizin Prokurorluğuna müraciət etdik. Barəsində ətraflı cavab verməyib dedilər ki, qardaşın hələ 4 ay saxlanılacaq.”

Yılmaz Mehrəlibəyli həmçinin  bildirib ki, müvafiq orqanlar 40 gündür saxlanılan digər milli-siyasi fəal Əli Babainin durumu barədə hələ də məlumat verməyiblər.

Rejimin həbs etdiyi fəalların ailələri bildirirlər ki, onlar təkadamlıq kameralarda saxlanılır və sağlamlıqları barədə bir məlumat verilmir.

Marağa şəhərində saxlanılmış Hamid Yeganəpurun ailəsi onun səhhətinin  ağır olduğunu bildirir. Belə ki, onu ürək xəstəliyinə görə Təbrizin Təhlükəsizlik İdarəsindən şəhərin Mədəni adına Xəstəxanasına köçürüllər.

Həkimlər onun təcili müalicəyə götürülməsini vacib bilsələr də, o, yenidən həbsxanaya qaytarılıb.

Qeyd edək ki, son iki ayda azərbaycanlı fəallar Murtəza Nurməhəmmədi, Sabir Hüseynzadə, Nasir Rəzmcu, Ayət Mehrəlibəyli, Əli Babai, Araz İbrahimnijad, Cavad Sudbər, Əmirhüseyn Ağayi, Məhəmmədrza Müvəhhid, Mehrdad Qadiri, Hüseyn Azadi, David Şiri və İbrahim Əvəzzadə molla rejimin məmurları tərəfindən yaxalanıb.

Həmçinin yoxlayın

21 fevral – Beynəlxalq Ana Dili Günüdür

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bu gün fevralın 21-i bütün dünyada Beynəlxalq Ana …

Molla rejimin həbs etdiyi daha bir azərbaycanlı fəalın kimliyi məlum oldu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, son həbs dalğasında irqçi fars-molla rejimin həbs etdiyi …