Cümə , Oktyabr 18 2024
azfa

Molla rejimin həbs etdiyi azərbaycanlı müəllim həbs müddətini çəkib sərbəst buraxıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, dünən Müəllimlərin Həmkarlar İttifaqının fəallarından olan azərbaycanlı müəllim Cəfər İbrahimi Kərəcin Qızılhisar zindanından azad edilib.

Məlumata görə, azərbaycanlı müəllim 2022-ci ildə bir sıra müəllimlərlə birlikdə həbs edildikdən sonra, iki illik həbs müddətini başa vurub. Ona görə də o zindandan azad edilib.

Qeyd edək ki, Həmədan şəhərindən olan azərbaycanlı fəal və müəllim Cəfər İbrahimi 2022-ci il aprelin 30-da həbs edilmişdi. Azərbaycanlı müəllim rejim tərəfindən “əlbir olmaq və toplaşmaq” və “hökumət əleyhinə təbliğat”da ittiham olunmuşdur.

Həmçinin yoxlayın

Türkiyə “3+3” platformasının İstanbuldakı iclası ilə bağlı açıqlama yayıb

GADTB: Türkiyə Xarici İşlər Nazirliyi (XİN) “3+3” platformasının İstanbuldakı iclası ilə bağlı açıqlama yayıb. Açıqlamada …

İrqçi far-molla rejimi azərbaycanlı fəalı cərimə cəzasına məhkum etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi azərbaycanlı fəal Əmir Bədrini cərimə …