Cümə , Yanvar 3 2025
azfa

Molla rejimin həbs etdiyi azərbaycanlı milli fəal Peyman İbrahimidən heç bir məlumat verilmir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi yaxaladığı azərbaycan rəqsi müəllimi və mili fəal Peyman İbrahimi Dinvərin vəziyyətindən heç bir məlumat verilmir.

Təbrizdə ETTELAAT İdarəsində 9 gün saxlandıqdan sonra Peyman Ebrahimi ötən həftə çərşənbə günü Təbriz Mərkəzi Həbsxanasının karantin şöbəsinə köçürülüb və ailəsinə xəbər verilmişdi ki, 300 milyon tümənlik girov müqabilində azadlığa buraxılacaq. Lakin hələ də fəalla ailəsinə heç bir əlaqə saxlama imkanı verilmir və fəalın vəziyyətindən heç bir məlumat yoxdur.

Qeyd edək ki, ETTELAAT məmurları Peyman İbrahimi Dinvəri avqustun 26-da Təbrizdə həbs ediblər. Saxlanılan zaman onun ağır şəkildə döyüldüyü və bədən xəsarətləri aldığı bildirilib.

Hələlik molla rejimi azərbaycanlı fəalın ittihamı barədə açıqlama veriməyiblər.

Həmçinin yoxlayın

İrqçi farslar yarış zamanı Azərbaycan türklərinə qarşı nalayiq ifadələr səsləndiriblər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Tehranlı və Yəzdli irqçi farslar türklərə və Azərbaycana …

Suriyada kürd terror təşkilatlarına qarşı mübarizə davam edir

GADTB: Suriyada Fərat çayının şərqində Azad Suriya Ordusu (ASO) ilə terror təşkilatı PKK/PYD/YPG/SDG arasında qarşıdurmalar …