
GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin Evin həbsxanasında saxladığı azərbaycanlı fəallar Mürtəza Pərvin və Mahmud Ocaqlı 3 həftəlik görüş haqqlarından məhrum ediliblər.
Buna səbəb isə məhbuslardan birinin edamına etiraz olaraq aksiyanın keçirilməsidir.
Evin həbsxanasında həbsdə olan bir siyasi məhbusun sözlərinə görə, bazar ertəsi, 17 fevral 2025-cü ildə Evin zindanında məhbus olan iki azərbaycanlı fəal Mahmud Ocaqlı və Mürtəza Pərvin bir neçə başqa siyasi fəalla birlikdə edamlara etiraz etmək üçün Evin həbsxanasının 4-cü palatasının dəhlizinə toplaşıblar. Həbsxana rəsmiləri onların öz haqqlarını tələb etməsinə cavab olaraq Mürtəza Pərvin və Mahmud Ocaqlını 3 həftə ərzində üz-üzə görüşmək haqqlarından məhrum edib.
Qeyd edək ki, Mahmud Ocaqlı 2022-ci ildə, noyabırın 22-də Tehranda iş yerində molla rejimin qüvvələri tərəfindən həbs edilib. O, “rejimə qarşı təbliğat aparmaq, xalqın təhlükəsizliyini pozmaq məqsədi ilə toplaşmaq və əlbir olmaq” və başqa ittihamlarla ümumilikdə 11 il həbs cəzasına məhkum edilib.
Mürtəza Pərvin isə 2022-cü ilin sentyabr ayında Tehran İslam İnqilabı Məhkəməsinin 15-ci şöbəsi tərəfindən 6 il həbs və sosial sanksiyalara məhkum edilib. O, “daxili/xarici təhlükəsizliyə qarşı cinayət törətmək üçün toplaşmaq və əlbir olmaq” ittihamı ilə 5 il, Tehran İslam İnqilabının 15-ci Bölməsinin hakimi Əbülqasım Salavati tərəfindən verilən “İran İslam Respublikası əleyhinə təbliğat aparmaq” ittihamı ilə isə 1 il azadlıqdan məhrum edilib. O, həmçinin 2 il sosial hüquqlardan, partiya və qruplara üzvlük haqqından məhrum edilib.