Çərşənbə , Oktyabr 14 2026
azfa

Molla rejimin İsrailə hücumla özünü ciddi təhlükəyə salıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, molla rejimi İsrailə hücumla özünüciddi təhlükəyə salıb.

Ötən gecə İranın İsrailə hava zərbələrindən sonra İsrailin Baş naziri Benyamin Netanyahu İsrailin qorxusundan gizlənən Əli Xameneini təhdid edib.

Netanyahu fars dilində yayımlanan “X” hesabında Xameneyinin stulun üzərindəki əbasının görüntüsünü paylaşılaraq yazıb: “Özünüz istədiniz!”.

Eyni zamanda İsrail İranı nüvə məsələsi ilə bağlı hədələyib.

İsrailin keçmiş baş naziri Naftali Bennett İranın gecə hücumunu şərh edərkən deyib ki, İsrail İranın nüvə layihəsini məhv etmək üçün indi hərəkətə keçməlidir.

Qeyd edək ki, ötən gün axşam saatlarında İran İsrail ərazisinə kütləvi raket zərbələri endirib.

Həmçinin yoxlayın

Təbrizli rejissor iş axtarmaq üçün Türkiyəyə köçən fəhlələrdən danışıb

GADTB: Təbrizli rejissor Məhəmməd Əlimuradi özünün “Instagram” səhifəsində Razi sərhəd-keçid məntəqəsindən Türkiyəyə keçən çoxsaylı fəhlələrlə …

Təbriz Ticarət Palatasının rəhbəri Şərqi Azərbaycanın bank resurslarının bölgədən kənara çıxarılmasına etiraz edib

GADTB: Təbriz Ticarət Palatasının rəhbəri Yunis Jailə bank kreditlərinin qeyri-bərabər bölüşdürülməsini tənqid edərək bildirib ki, …