GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejiminin bəsic qüvvələri Fatimə Fərahətmənd (Aytəkin) adlı gənc qızı qətlə yetiriblər.
Bəsic qüvvələrinin Güney Azərbaycanın Qoçaçay (Miyanduab) xanımı təqib etdiklərinə onun ölümünə səbəb olublar.
Çərşənbə günü Fatimə Fərahətmənd rəfiqəsi ilə birlikdə avtomobillə Qoçaçay (Miyanduab) sahilində hərəkət edirmiş. Fatimə hicablı olmadığı üçün Bəsic qüvvələri tərəfindən təqib edilib. Fatimənin maşını aşıb və o həyatını itirib, digər qız da ağır yaralanıb.
Qeyd edək ki, Fatimə Fərahətmənd 19 yaşında idi və son etirazlarda iştirak edib və məcburi hicaba etiraz olaraq şəhərdə hicabsız gəzirdi.