
GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejiminin həbs etdiyi azərbaycanlı fəal və idmançı Kərim İsmayılzadə noyabrın 24-də girov qarşılığında məhkəməyə qədər zaminə buraxılıb.
Noyabrın 2-də ETTELAAT məmurları tərəfindən yaxalanan azərbaycanlı milli fəal ETTELAAT İdarəsinin təcridxanasında dindirilmə zamanı döyüldükdən sonra zindana köçürülüb.
Noyabrın 16-da ETTELAAT məmurları və zindan məsullarının göstərişi ilə 3 cinayətkar Azərbaycan bayrağını təhqir edib və Kərim İsmayılzadəyə hücum edərək onu yaralayıblar.
Qeyd edək ki, tanınmış azərbaycanlı idmaçı və milli fəal Kərim İsmayılzadə bundan öncə də dinc milli-mədəni fəaliyyətlərinə görə dəfələrlə təzyiqlərlə qarşılaşaraq, həbs edilib.