Cümə axşamı , Yanvar 2 2025
azfa

Molla rejiminin məmurları həbs etdiyi azərbaycanlı fəallar döyüblər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejiminin məmurları həbs etdiyi azərbaycanlı fəallar döyüblər.

Avqustun 16-sı axşam saatlarında Təbrizin Səhənd stadionunun qarşısında həbs edilən azərbaycanlı milli fəallar ağır şəkildə döyülüblər.

Avqustun 18-də ailəsi ilə qısa telefon əlaqəsi saxlayan azərbaycanlı fəal Abdullah Ənsari bu barədə məlumat verib: “Yaxlanma zaman və yaxalandıqdan sonra ağır şəkildə döyüldük. Bizdən başqa kimliklərini bilmədiyimiz daha üç “Traxtur” tərəfdarı da ağır şəkildə döyülmüşdü. Onlardan biri aldığı zərbələr nəticəsində huşunu itirmişdi”.

Qeyd edək ki, azərbaycanlı fəallar Abdullah Ənsari, Kərim İsmayılzadə, Mehdi Nəsirzadə və İbrahim Rzayi avqustun 16-sı axşam saatlarında “Traxtur” – “Persepolis” yarışı öncəsi Səhənd stadionunun qarşısında həbs edilmişdilər.

Həmçinin yoxlayın

İrqçi farslar yarış zamanı Azərbaycan türklərinə qarşı nalayiq ifadələr səsləndiriblər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Tehranlı və Yəzdli irqçi farslar türklərə və Azərbaycana …

Suriyada kürd terror təşkilatlarına qarşı mübarizə davam edir

GADTB: Suriyada Fərat çayının şərqində Azad Suriya Ordusu (ASO) ilə terror təşkilatı PKK/PYD/YPG/SDG arasında qarşıdurmalar …