Bazar , Noyabr 27 2022
azfa

Molla rejiminin yaxaladığı azərbaycanlı fəal Möhsün Möhsünzadə Ərdəbildə zindana köçürülüb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin yaxaladığı azərbaycanlı fəal Möhsün Möhsünzadə sentyabrın 28-də rejimin terror təşkilatı olan Sepah-ın təhlükəsizlik bölməsinin təcridxanasından rejimin Ərdəbildəki zindanına köçürülüb.

Rejimin Ərdəbildəki Ümumi və İnqilab Prokurorluğunun 7-ci bölməsində Kamyar Səliminin sədrliyi ilə azərbaycanlı fəal “Təhlükəsizliyi və ictimai asayişi pozmağa məqsədilə toplaşmaq və əlbir olmaq”da ittiham edilib.

Qeyd edək ki, Möhsün Möhsünzadə sentyabrın 21-i axşam saatlarında etirazlarla bağlı Ərdəbilin Ciral parkında rejimin qüvvələri tərəfindən yaxalanıb.

Həmçinin yoxlayın

Türkiyə Çindən uyğur türkləri ilə bağlı izahat istəyir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə Çinin Sincan Uyğur Muxtar Bölgəsinin (Şərqi türküstanın) …

Molla rejimi Ərdəbildə azərbaycanlı fəal Saman Bidarı ETTELAAT İdarəsinə çağırıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, molla rejimi Ərdəbildə azərbaycanlı fəal Saman Bidarı ETTELAAT …