Cümə axşamı , Oktyabr 22 2026
azfa

Mollaların əhalini qırğına verdiyini görə Dünya Səhiyyə Təşkilatı 7.5 ton tibbi ləvazimatla İrana yollandı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, mollaların xürafatla koronavirusu bütün dünyaya yaydığını və ölkədə əhalini qırğına verdiyini görən Dünya Səhiyyə Təşkilatının koronavirusla mübarizə üzrə 6 mütəxəssislər qrupu bu gün Birləşmiş Ərəb Əmirliyindən İrana yola düşdü.

Dünya Səhiyyə Təşkilatının mütəxəssisləri özləri ilə İrana 7.5 ton ağırlığında koronavirusu aşkar etmək üçün lazım olan vasitələr, maskalar və tənəffüs aparatları kimi tibbi ləvazimatlar da aparıblar.

Onlar 300 min dollar dəyərində olan həmin tibbi ləvazimatlarda birlikdə bu gün Birləşmiş Ərəb Əmirliyinə məxsus təyyarə ilə İran istiqamətində yola düşüblər. İrana gedən qrup həkimlər, eləcə də laboratoriya və infeksion xəstəliklər mütəxəssisləridir.

Həmçinin yoxlayın

İsrailin müdafiə nazirindən İrana sərt xəbərdarlıq: “İsrailə hücum etsəniz, İran alovlar içində yanacaq”

GADTB: İsrailin müdafiə naziri İsrael Kats oktyabrın 21-də, çərşənbə günü, İran İslam Respublikası və onun …

Mirzoyan: TRIPP dəmir yolunda sərnişin daşımaları olacaq

GADTB: Ermənistan xarici işlər naziri Ararat Mirzoyan “Tramp marşrutu” (TRIPP) çərçivəsində Ermənistandan keçəcək dəmir yolu …

Bir cavab yazın