Cümə , Oktyabr 23 2026
azfa
Qaynar xəbər

Molla rejiminin xalqın canına saldıqları bəla özlərini də tutmaqda

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, molla rejiminin xalqına canına saldığı koronavirus özlərininin də canına bulaşmaqdadır. Artıq Əli Xameneyinin Məsləhət Şurasının üzvü Seyid Məhəmməd Mirməhəmmədi koronavirusa (COVİD -19) yoluxaraq vəfat edib.

71 yaşlı S.M.Mirməhəmmədi Tehrandakı xəstəxanalardan birində ölüb.

Bununla da İranda ilk dəfə millət vəkilindən sonra yüksək vəzifəli dövlət məmuru COVİD-19 virusuna görə həyatını itirib.

İranda ümumilikdə mindən çox yoluxma faktı aşkarlanıb, onlardan yüzə yaxın olduğunu bildirilir.

Ölkədə koronavirusa yoluxanlar arasında 5 dövlət məmuru (İran Parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri Müctəba Zünnur, vitse-prezident Məsumə İbtikar, Səhiyyə nazirinin müavini İrəc Hərirçi və Qum Tibb Universitetinin rektoru Məhəmməd Rza Qədir) var. Məclisin deputatı Məhəmmədəli Ramazani isə COVİD-19 xəstəliyinə yoluxaraq dünyasını dəyişib.

Həmçinin yoxlayın

Tehran yeraltı obyektlərində raket və dron istehsalını bərpa edib

GADTB: Molla rejimi yeraltı obyektlərdə raket və pilotsuz uçuş aparatlarının (PUA) istehsalını bərpa edib. Bəzi …

Molla rejimi məcburi hicaba qarşı çıxanları sıxışdırdığı və milyonlarla türkün ana dilində təhsil hüququnu məhdudlaşdırdığı halda, Azərbaycan Respublikasından hicablı qızları universitetlərində təhsil almağa dəvət edir – Video

GADTB: İranın elm naziri video paylaşaraq Azərbaycan Respublikasından hicablı qızları İran universitetlərində təhsil almağa dəvət …

Bir cavab yazın