Çərşənbə , Aprel 22 2026
azfa

Monadi İranda rasizm nəticəsində 5 dilin tamamilə sıradan çıxdığına etiraf etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran məclisinin Təhsil, Tədqiqat və Texnologiya Komissiyasının sədri Əlirza Monadi İranda adlanan ərazidə 5 dilin tamamilə sıradan çıxdığına etiraf edib. O, 24 dilin isə sıradan çıxmaq təhlükəsi ilə qarşılaşdığını bildirib.

Monadi həmçinin deyib ki, 42 il ərzində qeyri-fars xalqların dillərinin tədrisi ilə bağlı konstitusiyanın 15-ci maddəsi icra edilməmişdir. O deyib ki, hazırda İranda mövcud olan 74 dil və həlcənin tədris olunmasına icazə veriləcək: “Biz buna uyğun olaraq layihə hazırlamışıq və Fars Dili, Ədəbiyyatı Akademiyası bu dillərdə tədrislə bağlı məzmun hazırlamağa, hansı dilin hansı bölgədə tədris olunacağına qərar vermək vəzifəsini yerinə yetirəcək. Azərbaycanbda yalnız türk dili hakim olduğu üçün layihənin tətbiq olunacağı təqdirdə bu əyalətdə ancaq türk dili tədris olunacaq, başqa əyalətlər isə bir dilli olmadığı üçün Fars Dili və Ədəbiyyatı o əyalətdə hansı dilin tədris olunacağı barədə qərar verəcək ”.

Monadi qeyri-farsların yerli ədəbiyyat və folklorun tədrisi ilə bağlı planın komissiyada yekun təsdiqinə toxunaraq deyib ki, bunun reallaşması, yeddinci və onuncu siniflərdə tədris olunması üçün mövzular hazırladıqlarını bildirib. Qeyd edək ki, İran rejimi Azərbaycan Türk millətinin və digər qeyri-fars millətlərin dillərinin tədrisinə dair istəyinə baxmayaraq onların dilində təhsilə icazə verməyib. Hazırda hələ söhbət səviyyəsində olan icazə də yalnız çox cüzi və məhdud səviyyədə, şovinistlərin icazəsindən sonra reallaşa bilər.

Həmçinin yoxlayın

Sepah terror təşkilatı Hörmüz boğazında iki gəmini hədəfə alıb

GADTB: Bu gün Sepah terror təşkilatı Hörmüz boğazından keçməyə cəhd edən Avropanın ən böyük gəmiçilik …

Paşinyan TRIPP üzrə işlərə bu il başlanılacağını deyir

GADTB: Ermənistanın Baş naziri Nikol Paşinyan əmindir ki, TRIPP layihəsi üzrə işlərə 2026-cı ildə başlanılacaq. …