Bazar ertəsi , Oktyabr 19 2026
azfa

ABŞ ekspertləri ölkələrinə Türkiyəni izləməyi tövsiyə edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Öz sinfinin ən yaxşısı olan yerli və milli PUA-SİHA-ların qabiliyyəti dünyanın qabaqcıl ölkələri tərəfindən böyük hörmətlə qarşılanır. “Müharibə tarixi dəyişdi” sözləri ilə təriflənən türk silahları üçün ABŞ-dan çox təəccüblü açıqlama gəldi. ABŞ Müdafiə Nazirliyinin müşaviri, ehtiyatda  olan polkovnik-leytenant Scott Crino, Bayraktar SİHA-ların Suriya, Liviya və Qafqazda çox uğurlu olduğunu söylədi. Crino həmçinin, “Bunun altında istehsal təcrübəsi var. Türkiyənin təcrübəsi və nou-hau izlənilməsi lazım olan möhkəm bir şablondur” dedi.

Keçmiş amerikalı polkovnik-leytenant və ABŞ Müdafiə Nazirliyinin müşaviri Scott Crino, Küveytin yayım şirkəti Kuwait Times-a pilotsuz uçuş aparatları ilə bağlı açıqlamalar verib. Ayrı mötərizə açıb Türkiyə İHA/SİHA-ları üçün nümunə göstərən Crino bunları söyləyib:

“TB2 QƏLƏBƏNİN AÇARIDIR”

Hərbi işlərdə dron texnologiyası pozucu qüvvədir. Dronların istifadəsi ilə bağlı ən təəccüblü inkişaf və ümumi təsir ötən il Azərbaycan və ermənilər arasında gedən müharibədə baş verib.

Bu müharibədə Azərbaycanın pilotsuz təyyarələrdən istifadə etməsi onların qələbəsinin şəksiz açarı oldu. Azərbaycan Türkiyənin TB2 pilotsuz uçan aparatını döyüş qüdrətinə əlavə etdi və nəticədə havada üstünlük təşkil edərək müharibənin gedişatını dəyişdi. Azərbaycan Ermənistanın ağır zirehlərini tez bir zamanda zərərsizləşdirə bildi.

Həmçinin yoxlayın

Traxtur klubu irqçi təhqirlərə rəsmi etiraz etdi

GADTB: Azərbaycanın Traxtur futbol klubu “NO TO RACISM” (“İrqçiliyə yox!”) yazısı olan görüntünü rəsmi Instagram …

Sayın Mikayil bəy Oyta rəsmi dəvətlə Türkiyə parlament nümayəndələrinin Avstraliyada türk icması üzvləri ilə görüşünə qatələb

GADTB: Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) Beynəlxalq Əlaqələr Departamentinin sədri …