Şənbə , Oktyabr 17 2026
azfa

Mossad rəhbərindən İrana yeni hücuma çağırış: “İlanın başını vurmalıyıq”

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, “Mossad”ın rəhbəri Devid Barnea son günlər ölkənin siyasi və hərbi rəsmilərinə İrana qarşı yeni hücum dalğasına başlamalarını təklif edib.

Barnea bildirilib ki, bu təklif İranın dəstəklədiyi “Ənsarullah” (husilər) qruplaşmasının Yəməndən İsrailə ballistik raket hücumlarına cavab olaraq edilib.

Devid Barnea həmçinin deyib: “Biz ilanın başına, yəni İrana hücum etməliyik. Yəmənə hücum məsafə və məlumat toplamaq çətinliyinə görə təsirli deyil və husilərə göstərişi və əmrləri İran komandirləri verirlər”.

Digər tərəfdən isə amerikalı senator Cin Şahin deyib ki, ABŞ növbəti olaraq İranın devrilməsini istəyir.

Onun sözlərinə görə, Tehran zəifləyib. Senator açıqlayıb ki, “Suriyadakı hadisələr İranın strateji uğursuzluqlarını üzə çıxarıb və indi demokratiya, insan haqları və hər kəs üçün ədalət kimi ümumi dəyərləri dilə gətirmək vaxtıdır”.

Həmçinin yoxlayın

Ermənistan Azərbaycanla enerji əməkdaşlığını nəzərdən keçirir

GADTB: Ermənistan Azərbaycanla enerji sahəsində əməkdaşlığı inkişaf etdirmək niyyətindədir. Bunu Rusiya Enerji Həftəsi çərçivəsində ““3+3” …

Molla rejimin əlaltıları Azərbaycana qarşı aksiya keçirdilər

GADTB: Dünən molla rejimin əlaltıları Azərbaycanın Təbrizdəki Baş konsulluğunun binasının qarşısında Azərbaycanda vahid məktəb geyimi …