GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, MOSSAD Rusiyanın İrana təhlükəli silah verə biləcəyini açıqlayıb.
MOSSAD-ın rəhbəri Devid Barni deyib ki, İran Rusiyaya PUA-lara əlavə olaraq yaxın və uzaqmənzilli raketlər vermək niyyətindədir.
Bunun müqabilində isə Rusiya İrana İsrailin varlığını təhlükə altına sala biləcək silahlar ötürə bilər.
Devid Barni həmçinin deyib: “Ehtiyat edirik ki, ruslar iranlılara çatışmayan texnikalar müqabilində bizim dincliyimizi və bəlkə də burada mövcudluğumuzu təhlükə altına qoyacaq qabaqcıl silahlar verəcəklər”.