Bazar , Sentyabr 6 2026
azfa

Müctəba Xameneinin ölməsi ehtimal edilir

GADTB: Son saatlarda sosial mediada İranın yüksək rütbəli rəsmilərinin həlak olduğunu göstərən görüntülərin yayılması geniş rezonans doğurub. Paylaşılan materiallar arasında İranın yeni rəhbəri kimi təqdim edilən Müctəba Xameneyinin də fotosunun yer alması onun taleyi ilə bağlı yeni suallar yaradıb.

Müctəba Xameneyinin durumu ilə bağlı iddialar artıq bir neçə həftədir beynəlxalq medianın gündəmindədir. Münaqişənin ilk günlərindən etibarən onun ağır yaralanması və ya hava zərbələri nəticəsində həlak olması barədə müxtəlif xəbərlər yayılsa da, Tehran bu məlumatları nə təsdiq, nə də dəqiq şəkildə təkzib edib.

Onun uzun müddətdir ictimaiyyət qarşısında görünməməsi və rəsmi tədbirlərdə iştirak etməməsi şübhələri daha da artırır.

Görüntülərin əsasən qeyri-rəsmi və ya müxalif mənbələrə istinad etdiyi bildirilir. İran hakimiyyəti isə Xameneyinin vəziyyəti və ya səhhəti ilə bağlı hələlik açıqlama verməyib.

Həmçinin yoxlayın

Müctəba Xameneinin Londonda iki lüks mənzili satışa çıxarılıb

GADTB: Londonun “Sunday Times” qəzeti yazıb ki, Londonun Kensinqton sarayına baxan və Müctəba Xameneinin iki …

Təbrizdə VI Muğam Musiqisi Festivalı keçiriləcək- Video

GADTB: Təbriz yenidən muğam musiqisinin nəğmələrinə ev sahibliyi edəcək. Azərbaycanın qədim və milli musiqisinin qorunması …