Çərşənbə axşamı , Aprel 16 2024
azfa

Mühəndis Qurbani həyat yoldaşı Həkimə Əhmədinin aclıq aksiyası keçirdiyini deyir-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, işğalçı fars rejimin məmurları tərəfindən tutularaq, işgəncələrə məruz qalan azərbaycanlı milli-mədəni fəal Həkimə Əhmədi rejimin Marağada yerləşən zindanında aclıq aksiyasına başlayıb.

Həkimə Əhmədinin həyat yoldaşı mühəndis Məhəmmədrza Qurbani 2018-i il noyabrın 9-da fəalın vəziyyəti barədə bir video yayıb. O bildirib ki, “Həkimə Əhmədi Marağa zindanında həbsdədir və zindan məsulları onunla görüşməyə icazə vermirlər. Həkimə Marağa xəstəxanasında bir gün müalicə olunduqdan sonra yenidən zindana qaytarılıb.

M.Qurbani həmin videoda həmçinin bildirir ki, Mərəndin ETTELAAT İdarəsinin məmurları ona zəng edərək, nə üçün video yaymaqla xəbəri mətbuata çıxardığımı soruşublar! Həmçinin onlar Həkimə xanımın ETTELAAT İdarəsi tərəfindən deyil, Sepahın təhlükəsizlik bölməsi tərəfindən yaxalandığını bildiriblər.

Mühəndis Məhəmmədrza Qurbani deyib ki, həyat yoldaşının həbsi ilə əlaqədar Təbriz “Sepah”ının təhlükəsizlik bölməsinə müraciət edib. Lakin təhlükəsizlik orqanında məmurların təhdidi ilə qarşılaşıb. Ona bildirilib ki, Həkimə xanımla maraqlanmağı onun üçün baha başa gələcək!

Azərbaycanlı fəal Həkimə Əhmədinin işgəncələr nəticəsində iki qabırğasının sındığı və barmaqlarının yaralandığını bildirilmişdir.

Qeyd edək ki, işğlaçı və irqçi fars rejimin məmurları 2018-ci il oktyabrın 26-da Mərənd şəhərində azərbaycanlı milli-mədəni fəal Həkimə Əhmədinin evinə hücum edərək, fəalı döyərək yaxalamışdılar. Evə vəhşicəsinə hücum edən rejimin məmurları fəal və onun həyat yoldaşına qarşı kobud davranıb, hətta onları silahla hədələmişdilər. Məmurlar vəhşicəsinə evdə axtarış aparıb, evin bir çox əşyasını sındırmışdılar. Evdəki uşaqları təhdid edən məmurlar axtarış apardıqdan sonra evdən 2 ləptop, 3 mobil telefonu və bir neçə Sim-Kart götürüblər.

Azərbaycanlı xanım fəal Həkimə Əhmədinin iki uşağı var. O sentyabrın əvvələrində rejimin təhlükəsizlik qüvvələri tərəfindən yaxalanaraq, 3 gün saxlandıqdan sonra 100 milyon tümənlik mülki vəsiqə qarşılığında zaminə buraxılmışdı.

Həmçinin yoxlayın

İsrail ordusunun Baş Qərargah rəisi: İranın raket və dron hücumuna cavab qətidir

GADTB: Bazar ertəsi İsrail ordusunun yüksək rütbəli komandiri ölkənin cənubunda yerləşən Nəvatim Hərbi Hava Bazasında …

GADTB başqanı sayın Əjdər bəy Tağızadənin “Media Turk TV”-də “Rusiyadan Qarabağ açıqlaması: Sülhməramlılar çıxarılır?” mövzusunda çıxışı- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) və Güney …

Bir cavab yazın