Cümə , Sentyabr 25 2026
azfa

Güney Azərbaycan İstiqlalçılar Birliyinin (GAİB) Azərbaycan Türk Millətinə müraciəti

GADTB: Hörmətli vətəndaşlar,

İran deyilən yerdə mövcud rejimi hakimiyyətə gətirən xarici qüvvələr, bu rejimdə dəyişikliklər aparmaq qərarına gəlmişlər. Bu iş üçün hazırlıq işləri aparılmaqdadır. Özlərini alternativ göstərən qüvvələr və çeşidli şəxslərlə danışıqlar aparırlar. Amma keçən 40 ildə özlərini müxalifətdə görənlər tarixdən dərs almamışlar. Hələ hakimiyyətə gəlmədən fars irqçiliyini ـ Kuruşçuluğu (II Kirə pərəstlişi) özləri üçün bir ideoloji seçmişlər. Bu fars azlığı İran deyilən millətlər dustağında, indilik yaşamaq zorunda olan millətləri tanımırlar. Özlərinin Hİndistan və Əfğanıstandan gəldiklərini unudurlar. İrançılığı, fars irqçiliyini təbliğ edirlər. Onların bu irqçi düşüncələri Azərbaycan milləti üçün bəllidir. Yeniliyi yoxdur. İnəglislər tərəfindən çevrilişlə hakmiyyətə gətirilən Rza Mirpənc dövründən bu siyasət başlamış və bu gün də davam etməkdədir.

Dəyərli vətəndaşlar,

İran deyilən yerdə qarşıdan gələn günlər, millətimiz üçün tarixi bir şansdır. Fars əsartindən qurtulmaq öz evimizdə öz ağamız olmaq ana hədfimiz olmalıdır. Təbii olaraq, xarici qüvvələr bir qrup özümüzdən olan pul, vəzifə və ad düşgünü olanları tapib, millətimizin təmsilçisi kimi göstərmək istəyəcəklər. Təkrar millətimizə vədə-vəidlər verməyə çalışacaqlar. Biz xaricdə və daxildə bu gəlişmələrin şahidiyik. Təkcə buna görə də biz istiqlalçı təşkilatlar milli və tarixi vəzifəmiz və milli borcumuz olaraq millətimizə müraciət edib, çeşidli yerli və xarici qüvvələrin bu oyunlarına gəlməmələrini tövsiyə edirik. Bizə görə millətimizin qurtuluşu və xoşbəxtliyi Azərbaycanımızın müstəqilliyindədir. Təkcə qurtuluş yolumuz istiqlaliyyətdir. Özümüz öz ağamız olmalıyıq. Biz hər çeşid irqiçiliyi rədd edirik. Müstqil Azərbaycanımızda çox firqəli, parlementarizm üsuluna dayanan, sekular-laik hüquq dövləti yaratmaq istəyirik. Məntəqəmizdə barış, ölkəmizdə iqtisadi və icimai gəlişmə ana hədfimizdir. Bizim bu müstəqilliyimiz yalnız 40 milyonluq Azərbaycan millətinin xeyrinə yox, hətta məntəqəmizdə öz çıxarlarını düşünən böyük dövlətlərin də xeyrinədir.

Yaşasın milli qurtuluş savaşımız

Var olsun Vahid Müstəqil Azərbaycan

Həmçinin yoxlayın

Uitkof: “TRIPP Hörmüz boğazına alternativ ola bilər”

GADTB: TRIPP (Tramp marşrutu) layihəsi Hörmüz boğazı da daxil olmaqla, əsas nəqliyyat qovşaqlarının həssaslığı fonunda …

Ana dilinin və türk adlarının qadağan edilməsi: Türk adlarına görə 14 azərbaycanlı uşaöa doğum haqqında şəhadətnamə verilmir

GADTB: Məktəblərin açılması münasibətilə #بالامین_آدی kampaniyası və @dan.magazin səhifəsi “Mənim «ana dilim» tədris olunmadı; «ana …

Bir cavab yazın