Çərşənbə axşamı , Noyabr 17 2026
azfa

Mühacir kürdlər Urmiyada lövhələrdən türk adlarını silirlər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, mühacir kürdlər Güney Azərbaycanın Urmiya şəhərində türkcə küçə adlarını lövhələrdən silirlər.

Urmiyada mühacir kürdlərin sildiyi türk adlarından biri “Məscid məhəlləsi” adının lövhədən silinməsidir.

Fəallar, bu hərəkətlərin bundan öncədə olduğu kimi bölgəyə sonradan köçən mühacir kürd qrupları tərəfindən həyata keçirildiyini yazıblar.

Bu günə kimi oxşar hərəkətlər dəfələrlə baş verib və Qoyun körpüsü, Doşabçı xana, Dərə çayı və b. adlar lövhələrdən pozulub.

Qeyd edək ki, mühacir kürdlər Güney Azərbaycana köçdükdən sobra Azərbaycan şəhərlərinə qarşı ərazi iddiası irəli sürüb və bu istiqamətdə türk izlərini silməyə çalışırlar.

Həmçinin yoxlayın

Bu gün Azərbaycanda Milli Dirçəliş Günüdür

GADTB: Bu gün – noyabrın 17-si Azərbaycanda Milli Dirçəliş Günüdür. Bayram 1988-ci ilin noyabr-dekabrında Bakıda …

Güney Azərbaycan şəhərlərində benzin qıtlığı və böhranı

GADTB: Yerli sakinlərin məlumatlarına görə, hazırda Güney Azərbaycan üçün aylıq üç benzin limiti müəyyən edilib: …