Bazar ertəsi , May 25 2026
azfa

Nadir Qazipur: “Türk dilinin tədrisi hansı səbəbdən qadağandır?” – Şəkil

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, fars rejimin təhsil nazirinin irqçi bəyanatı Güney Azərbaycanda ciddi etirazlara səbəb olub. Bu da Güney Azərbaycan şəhərlərindən millət vəkili seçilən şəxsləri də etiraza məcbur edib. Son günlər isə Urmiyanın məclisdəki millət vəkili Nadir Qazipur qeyri-fars xalqların dilində dərs keçməyin qadağan olduğunu deyən təhsil naziri Məhəmməd Bəthayiyə etiraz olaraq, yazılı sual ünvanlayaraq, məktubunu məclisin Rəyasət Heyətinə təqdim edib.

Sual məktubunun başlığında xülasəsi sual yerində qeyd olunub ki, “Nə üçün məktəblərdə türk dilinin tədrisi məsələsi hələ də qeyri-müəyyən vəziyyətdədir? Ölkənin 40 faizini təşkil edən bir qövmün dili hansı səbəbdən tədris olunmur?”

Qazıpur yazıb: “Ölkə əhalisinin 40 faizini əhatə edən bir dil islami İranın mədəniyyət və ədəbiyyatının böyük hissəsini özündə ehtiva edir. Siz isə bu zəngin mədəniyyəti qırmızı xətt adlandırırsınız!”

Qazipur həmçinin təhsil nazirinə yazdığı sualda bildirib: “2016-cı ildə Təbriz Universitetində türk dili və ədəbiyyatı ixtisasi üzrə öyrənci qəbul olundu, lakin məktəblərdə bu istiqamətdə hərhansı addım atılmayıb. Türk dili ədəbiyyat, elm, tarix və mədəniyyət xəzinəsidir və ölkə əhalisinin sayı baxımından iranlıların ikinci dilidir.

İslami İran hər zaman ölkədəki qövmlərin kimliyinə söykənib. Belə bir vəziyyətdə ölkənin rəsmi dili ilə yanaşı məktəblərdə ana dillərinin tədris olunmasını qırmızı xətt adlandırmağın səbəbi nədir?”.

Qeyd edək ki, irqçi fars rejimin təhsil nazirinin qeyd edilən irqçi bəyanatı Azərbaycan fəalları və bəzi millət vəkillərinin ciddi etirazına səbəb olub. Lakin hələlik rejimin rəsmiləri buna münasibət bildirməyiblər.

Həmçinin yoxlayın

Rubio: ABŞ–İran münaqişəsi ilə bağlı yaxın saatlarda “yaxşı xəbər” ola bilər

GADTB: ABŞ–İran münaqişəsi ilə bağlı yaxın saatlarda mühüm açıqlama verilə bilər və bu, “yaxşı xəbər” …

Molla rejimin zənginləşdirilmiş uran ehtiyatını təhvil verib, verməyəcəyi barədə ziddiyyətli xəbərlər yayılıb

GADTB: Bu gün “The New York Times” qəzeti ABŞ rəsmilərinə istinadən yazıb ki, İran Vaşinqtonla …

Bir cavab yazın