Bazar ertəsi , May 25 2026
azfa

İrqçi fars rejimin Futbol Federasiyası “Traxtur” komandasını düşməncəsinə cəzalandırdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin Futbol Federasiyası yenə Güney Azərbaycanın “Traxtur” futbol komandasını düşməncəsinə cəzalandırıldı.

Əldə etdiyimiz məlumata görə, Güney Azərbaycanın “Traxtur” futbol komandası 18-ci super liqa yarışlarına bir neçə gün qalmış İran adlanan ölkənin Futbol Federasiyası İnzibati komitəsi tərəfindən cəzalandırılıb.

İran adlanan ölkənin Futbol Federasiyasının qərarına görə, “Traxtur” tərəfdarları yeni mövsümdə komandanın ev sahibi kimi qatılacağı birinci yarışı stadiondan izləyə bilməyəcəklər.

Rejimin Futbol Federasiyasının İnzibati komitəsinin iddiasına görə, komanda tərəfdarlarına qoyulan qadağa 7 ay əvvəl “Traxtur”la “Saypa” komandalarının görüşündə baş verən hadisələrə görədir. Guya ötən mövsümdə Təbrizin Səhənd Stadionunda keçirilən yarışda “Traxtur” tərəfdarları rəqib komandanın baş məşqçisi və oyunçularına qarşı təhqiramiz şüarlar səsləndiriblər.

Qeyd edək ki, İran adlanan ölkənin Futbol Federasiyası hər zaman Azərbaycana qarşı ayrı-seçkilik edib və hətta on minlərlə fars şovonistini təşkilatlarndırılmış şəkildə stadiona toplamış və Azərbaycan türklərinə qarşı irqi və təhqiramiz söuüşlər söydürüb, qətiyyən də onlara qarşı cəza tətbiq etmirlər. Əksinə federasiya hər zaman qərəzli şəkildə Azərbaycan komandasını cəzalandırır.

Həmçinin yoxlayın

Rubio: ABŞ–İran münaqişəsi ilə bağlı yaxın saatlarda “yaxşı xəbər” ola bilər

GADTB: ABŞ–İran münaqişəsi ilə bağlı yaxın saatlarda mühüm açıqlama verilə bilər və bu, “yaxşı xəbər” …

Molla rejimin zənginləşdirilmiş uran ehtiyatını təhvil verib, verməyəcəyi barədə ziddiyyətli xəbərlər yayılıb

GADTB: Bu gün “The New York Times” qəzeti ABŞ rəsmilərinə istinadən yazıb ki, İran Vaşinqtonla …

Bir cavab yazın