Çərşənbə , Oktyabr 28 2026
azfa

Nadir Qazipurdan “Şəhrdari” voleybol komandasnın kürdlər tərəfindən ləğvinə etiraz

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi və işğalçı fars rejimin Qərbi Azərbaycana təyin etdiyi kürd rəsmilər yaranan şəraitdən istifadə edərək, Qərbi Azərbaycanda idman komandalarının məhvinə çalışırlar. Həmin komandalardan biri də Güney Azərbaycanın Urmiya bələdiyyəsinin voleybol komandasıdır.

Bu isə azərbaycanlı milli-mədəni fəalların etirazına səbəb olub. Buna görə Urmiyanın məlisdəki  millət vəkili Nadir Qazipur Urmiya Şəhər Şurası üzvlərinin əli ilə Bələdiyyə İdarəsisinin idman klubunun ləğv edilməsinə etiraz edib.

Avqust ayının 9-da o deyib: “Voleybol Urmiya gənclərinin qeyrət və namusudur. Mən heç vaxt icazə vermərəm ki, kimsə Urmiya voleybolunun inkişafına xələl gətirsin”.

Millət vəkili voleybolsuz Urmiyanı təsəvvür etmədiyini də xüsusi vurğulayıb. O bildirib ki, “Urmiyasız voleybol, voleybolsuz Urmiys ola bilməz. Urmiyə Bələdiyyə İdarəsi voleybol komandalarını qoruyub saxlamalı, onlara dəstək verməlidir.”

Qeyd edək ki, irqçi fars rejimi Qərbi Azərbaycana kürd vali təyin edib. O da İdman və Gənclər İdarəsinə mühacir bir kürdü təyin edib. Eyni zamanda şəhər şurasına da kürdlər təyin ediliblər. Həmin kürdlərin birbaşa göstərişi ilə isə Azərbaycan komandaları məhv edilir.

Həmçinin yoxlayın

Əmirhüseyn Ağayi Təbrizdə iş yerinə Kəşfiyyat Nazirliyinin əməkdaşlarının basqınından sonra həbs edilib

GADTB: Azərbaycanlı fəal Əmirhüseyn Ağayi çərşənbə axşamı, 5 aban tarixində İran İslam Respublikası Kəşfiyyat Nazirliyinin …

Molla rejimi türklərə qarşı irqçi təhqirə yol verənləri dəstəklədi

GADTB: İrqçi fars-molla rejimin Futbol Federasiyasının İntizam Komitəsi Premyer Liqanın 9-cu turunda keçirilməyən “Malavan” – …

Bir cavab yazın