Rejimin təhlükəsizlik qüvvələri onlarla azərbaycanlı fəalı Savalan dağında yaxaladı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, avqust ayının 9-da Savalan dağına çıxmaq istəyən onlarla azərbaycanlı fəal dağın ətəyində düşərgədə  irqçi və işğalçı fars rejimin təhlükəsizlik qüvvələri tərəfindən yaxalandı.

Məlumata görə, azərbaycanlı türk fəallar Savalan dağında həmin məkana toplaşaraq mərasim keçirmişlər. Mərasimdə şeir və çıxışlar olub, həmçinin gənc musiqiçi Aysuda Məhəmmədpur tərəfindən aşıq mahnıları ifa edilib.

Səhərə yaxın avqust ayının 10-da saat 3:30-da isə mərasim başa çatdıqdan sonra rejimin Məşgenşəhrdəki polis məmurları çoxsaylı mülki geyimli məmurlarla birlikdə milli-mədəni fəalların toplaşdığı düşərgəyə hücum hücum edərək onları yaxalayıblar.

Azərbaycanlı fəalların yaxalanarkən polis tərədindən güc tətbiq edilib və fəallardan bəziləri yaralanıb.

Yaxalanan fəallardan biri ailə üzvləri ilə qısa telefon əlaqəsi saxlayaraq, Meşginşəhr yaxınlığında yerləşən Ları şəhərinin təcridxanasına aparıldıqlarını bildirib.

Yaxalan fəalların sayının təxminən 40 nəfər olduğu söylənilir. Hələlik onlardan bəzilərinin adları müəyyən edilib: Aydın Zakiri, Tohid Əmir Əmini, Saleh Piçqanlu, Rza İbrahimi, Rəhim Noruzi, Muctaba Pərvin, Mustafa Pərvin, Yusif Kari, Mehdi Huşmənd, Babək Nikzad, Yunis Şokri, Cavad Şokri, Hüseyn Savalan, Məhəmməd Qohumzadə, Rəsul Qohumzadə, Əhməd Məhəmmədpur, Elman Məhəmmədpur, Aysuda Məhəmmədpur, Əhməd Məhəmmədpurun baldızı və …

Həmçinin yoxlayın

GADTB başqanı sayın Əjdər bəy Tağızadənin “Media Türk TV”-də çıxışı- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) başqanı sayın …

Molla rejimi azərbaycanlı fəal Bəhram İbrahimpuru Əcəbşirdə həbs edərək Marağa həbsxanasına köçürüb

GADTB: İrqçi fars-molla rejimi azərbaycanlı fəal Bəhram İbrahimpuru fərvərdinin 29-da ona qarşı irəli sürülən ittihamlar …

Bir cavab yazın