GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, NASA işğalçı fars rejim tərəfindən qəsdən qurudulan Urmiya gölünün son peyk görüntüsünü yaydı.
Son peyk görüntüləri də təsdiqləyib ki, yağıntıların həcminin artmasına baxmayaraq Urmiya gölünün ümumi vəziyyətində heç bir dəyişiklik yoxdur.
2019-cu il yanvar ayının 8-də peykdən çəkilən görüntü göstərir ki, Urmiya gölü hələ də bir səhralığı xatırladır və gölün bərpası prosesində irəlləyiş gözə çarpmır.
Payız yağıntılarına baxmayaraq Urmiya gölündə suyun həcmi 1 milyard 600 milyon kubmetrə çatıb. Əslində isə gölün tutumu 32 milyard kubmetrdən ibarətdir.