GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Qazaxıstan parlamentinin sədri Qasım-Jomart Tokayev parlamentdə təşkil edilən iclas zamanı xalq qarşısında and içərək prezident səlahiyyətlərinin icrasına başlayıb.
Qeyd edək ki, dünən Qazaxıstanın 28 illik prezidenti Nursultan Nazarbayev gözlənilmədən istefa verib və səlahiyyətlərinin icrasını parlament sədri Tokayevə həvalə edib.