Çərşənbə , Oktyabr 14 2026
azfa

Qəzvində çirkli sular əkin sahələrinə axıdılır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Qəzvin bölgəsində Çubindər və İqbaliyyə bölgəsində çirkli və kanalizasiya suları əkin sahələrinə buraxılır.

Uzun müddətdir davam edən ekoloji problem əkin sahələri və bölgə əhalisinin sağlamlığına ziyan vurur.

Qəzvinlilər bildiriblər ki, sutəmizləyici qurğuların quraşdırılması və su emalı təsisatının inşası üçün əkin sahələrinin 15 hektarını bələdiyyə və Su və Kanalizasiya İdarəsinə veriblər.

“İllərdir torpaqlarımızın verilməsinə baxmayaraq, ondan təyinatı üzrə istifadə olunmayıb və nəzərdə tutulan layihənin icrasına başlanılmayıb”,- təsərrüfatçılar bildiriblər.

Faktı Qəzvin əyalətinin Kənd Təsərrüfatı Təşkilatının Davamlı İnkişaf və Texnoloji Məsələlər Şöbəsinin başçısı Fatimə Qasimi də təsdiq edib.

O, ərazilərdə təmizləyici qurğu olmadığından əhalinin sağlamlığı və kənd təsərrüfatı məhsullarının təhlükəsizliyinin risk altında olduğunu söyləyib.

Həmçinin yoxlayın

Təbrizli rejissor iş axtarmaq üçün Türkiyəyə köçən fəhlələrdən danışıb

GADTB: Təbrizli rejissor Məhəmməd Əlimuradi özünün “Instagram” səhifəsində Razi sərhəd-keçid məntəqəsindən Türkiyəyə keçən çoxsaylı fəhlələrlə …

Təbriz Ticarət Palatasının rəhbəri Şərqi Azərbaycanın bank resurslarının bölgədən kənara çıxarılmasına etiraz edib

GADTB: Təbriz Ticarət Palatasının rəhbəri Yunis Jailə bank kreditlərinin qeyri-bərabər bölüşdürülməsini tənqid edərək bildirib ki, …