Cümə axşamı , Oktyabr 15 2026
azfa

Axios: İsrailin oktyabrın 26-da İrana hücumu çox məxfi nüvə obyektini məhv edib

GADTB: Oktyabrın 26-da İsrailin İrana cavab hücumu zamanı çox məxfi “Taleqan-2” nüvə silahı tədqiqat mərkəzi məhv edilib.

 Bu barədə Amerika və İsrail rəsmilərinə istinadən “Axios” yazır.

Qeyd edilir ki, bu, İranın son bir ildə nüvə silahı tədqiqatlarını bərpa etmək səylərini əhəmiyyətli dərəcədə sarsıdıb.

Obyekt “nüvə qurğusunda uranı əhatə edən və onu partlatmaq üçün lazım olan plastik partlayıcının” hazırlanması üçün istifadə edilib.

Mənbələr bildiriblər ki, “Taleqan 2” İranın bəyan etdiyi nüvə proqramının bir hissəsi deyildi, buna görə də iranlılar Nüvə Silahlarının Yayılmaması Müqaviləsini (NPT) pozduqlarını etiraf etmədən hücumun əhəmiyyətini iddia edə bilməyəcəklər.

 Obyektin fəaliyyəti ilə bağlı məlumatlar tamamilə məxfi idi və İran hökumətində yalnız dar çəçivədə bir dairə bu barədə məlumatlı idi./ Azad İran

Həmçinin yoxlayın

Terror təşkilat olan İran Kürdüstanı Demokrat Partiyası Qərbi Azərbaycana qarşı ərazi iddialarını yenidən gündəmə gətirib

GADTB: İran Kürdüstanı Demokrat Partiyasının mərkəzi saytı “Böyük Kürdüstan” adlandırılan ərazinin xəritəsini yenidən yayımlayaraq Qərbi …

İsrail ordusu İrana qarşı məqsədli hücum üçün ən yüksək hazırlıq səviyyəsinə gətirilib

GADTB: “İsrael Hayom” nəşri xəbər verir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hərbi təlimlər …