Şənbə , İyul 19 2025
azfa

NBC News: “ABŞ-nin İranda vurduğu nüvə obyektlərindən yalnızı biri məhv edilib”

GADTB: “NBC News” telekanlı xəbər verir ki, ABŞ-nin İrana qarşı hava hücumları zamanı hədəf aldığı üç nüvə obyektindən yalnız biri ciddi şəkildə zərər görüb. Telekanalın hazırkı və keçmiş ABŞ rəsmilərinə istinadən verdiyi məlumata görə, digər iki obyekt qismən zərər görüb və Tehran yaxın aylarda bu obyektlərdə nüvə zənginləşdirmə fəaliyyətini bərpa edə bilər.

Məlumata görə, bu qiymətləndirmə ABŞ-ın “Gecəyarısı Çəkici” (Midnight Hammer) adlandırılan əməliyyatından sonra Tehranın nüvə potensialına dair davam edən araşdırmaların nəticəsidir.

Qeyd olunub ki, bəzi ABŞ və İsrail rəsmiləri Tehranın danışıqlara qayıtmaqdan imtina etməsi və ya nüvə obyektlərini yenidən bərpa etməsi halında yeni hərbi zərbələr ehtimalını nəzərdən keçirirlər. / Azad İran

Həmçinin yoxlayın

Molla rejimin radikal qanadı azərbaycana qarşı saxta ittihamlar irəli sürür-Video

GADTB: İranda radikal mövqeyli qüvvələr azərbaycana qarşı saxta ittihamlar irəli sürməkdə davam edirlər. Molla rejimin …

Molla rejimin azərbaycanlı siyasi məhbusları qarşı Böyük Tehran zindanında təzyiqləri artıb

GADTB: Molla rejimi Böyük Tehran həbsxanasında saxlanılan azərbaycanlı milli fəallara qarşı təzyiqləri artırıb. Azərbaycanlı siyasi …