Bazar ertəsi , Oktyabr 19 2026
azfa

Netanyahu: “İran hələ də bizim hücumlarımızdan şokdadır”

GADTB: Dünən İsrailin baş naziri Benyamin Netanyahu “The Wall Street Journal”a müsahibəsində deyib ki, oktyabr ayında Təl-Əvivin Tehranın mövqelərinə qarşı hücumları İranı təəccübləndirib və İslam Respublikasının hücumdan müdafiə sistemlərinin İsrail tərəfindən məhv edilməsi hökumət rəsmilərini şoka salıb.

“İran onların mühüm hava hücumundan müdafiə sistemlərini məhv etdiyimizi görəndə şoka düşüb. Bu hücumlar onları bizə yenidən cavab verməkdən çəkindirib. Hücumlarımız İranın ballistik raketlər istehsal etmək imkanlarını zəiflədib”, – deyə, Netanyahu bildirib.

İsrailin baş naziri qeyd edib ki, “İran Bəşar Əsədi qorumaq üçün Suriyaya 30 milayrd dollar, Hizbullah üçün isə 20 milyard dollar pul verib, eləcə də HƏMAS-a əlavə xərclər çəkib, ancaq İsrailin cavabları HƏMAS-a tökülən pulları boşa çıxarıb”. / Azag İran

Həmçinin yoxlayın

Xəzərin suyunun azalması bəzi adaları quruya birləşdirir

GADTB: Xəzər dənizindəki Dağıstan respublikasına aid Nordovı adası suyun səviyyəsinin davamlı azalması səbəbindən zamanla materiklə …

ABŞ öz vətəndaşlarını İranı dərhal tərk etməyə çağırıb

GADTB: ABŞ-nin İrandakı Virtual Səfirliyi təhlükəsizlik xəbərdarlığı yayaraq İranın və onunla əlaqəli qüvvələrin dünyanın müxtəlif …