Bazar , Oktyabr 25 2026
azfa

Netanyahu: “İran hakimiyyəti öz xalqından qorxur”

Israel’s Prime Minister Benjamin Netanyahu attends the weekly cabinet meeting in Jerusalem on November 19, 2017. / AFP PHOTO / POOL / RONEN ZVULUN

GADTB: İsrailin baş naziri BMT Baş Assambleyasındakı çıxışında İran hakimiyyətinin hər şeydən çox öz xalqından və insanların azad informasiyaya çıxışından qorxduğunu bildirib.

Netanyahu deyib: “Biz qorxmuruq. Amma sizə deyim kim qorxur; Tehran diktatorları. Qorxan məhz onlardır.”

O, İrandakı etirazlara və internetə tətbiq olunan məhdudiyyətlərə toxunaraq əlavə edib: “Bilirsiniz, onlar ən çox nədən qorxurlar? Öz xalqından; uzun müddət ərzində çox böyük fədakarlıqlar etmiş cəsur İran xalqından.”

Netanyahu daha sonra əlində “Starlink” cihazı tutaraq bildirib ki, İran hakimiyyəti xüsusilə ölkə əhalisinin belə vasitələrə çıxışı olduqda narahat olur. O, “Starlink”i informasiyaya çıxış, fikir və ifadə azadlığından istifadə imkanı verən vasitə kimi təqdim edib.

İsrailin baş naziri həmçinin İran hakimiyyətinin internet senzurasına “milyonlarla və milyardlarla dollar” vəsait xərclədiyini deyib.

Netanyahu daha sonra iclasın sədrinə müraciət edərək “Starlink” cihazını ona verdiyini və cihazı İran İslam Respublikasının nümayəndə heyətinə çatdırmasını istəyib. O, kinayəli şəkildə əlavə edib ki, İran İslam Respublikasının nümayəndələri hakimiyyətdən getdikdən sonra “gec-tez” öz hekayələrini sosial şəbəkələrdə azad şəkildə danışa bilərlər.

Həmçinin yoxlayın

Mossadın keçmiş rəhbəri: Müharibədən həftələr əvvəl İranın içərisində onlarla agentimiz vardı və heç biri həbs olunmadı

GADTB: Mossadın keçmiş rəhbəri David Barnea bildirib ki, bu təşkilat 1404-cü ilin xordad ayında başlanan …

Evin həbsxanasında saxlanılan azərbaycanlı vəkil Tahir Nəqəvi məcburi etiraf və SEPAH-ın kameraları qarşısında çıxış etmək üçün təzyiqlərə məruz qalır

GADTB: Sina Yusifinin yazdığına görə, Evin həbsxanasında saxlanılan azərbaycanlı vəkil Tahir Nəqəvi məktubunda özünə və …