Cümə axşamı , Oktyabr 15 2026
azfa

NYT: “Xameneyi ölümdən qorxaraq özünə üç varis seçib”

GADTB: “The New York Times” yazır ki, İsrailin Tehrana şiddətli hücumlarından sonra İranın ali rəhbəri Əli Xameneyi özünün etibarlı sığınacağından mümkün varisləri kimi üç yüksək səviyyəli din xadiminin adını çəkib.

Məlumata görə, Xameneyi Ekspertlər Şurasından onun ölümü halında hakimiyyətim ayaqda qalmasını təmin etmək üçün bu üç nəfərdən birinin tez və təxirə salınmadan İslam Respublikasının yeni lideri seçilməsini tələb edib.

Nəşr məlumatlı mənbələrə istinadən qeyd edib ki, Xameneyi hazırda ailəsi ilə birlikdə Lavizanda yeraltı bunkerdə gizlənir və yerinin müəyyən edilməməsi üçün elektron əlaqəni kəsib. /Azad İran

Həmçinin yoxlayın

Təbrizli rejissor iş axtarmaq üçün Türkiyəyə köçən fəhlələrdən danışıb

GADTB: Təbrizli rejissor Məhəmməd Əlimuradi özünün “Instagram” səhifəsində Razi sərhəd-keçid məntəqəsindən Türkiyəyə keçən çoxsaylı fəhlələrlə …

Təbriz Ticarət Palatasının rəhbəri Şərqi Azərbaycanın bank resurslarının bölgədən kənara çıxarılmasına etiraz edib

GADTB: Təbriz Ticarət Palatasının rəhbəri Yunis Jailə bank kreditlərinin qeyri-bərabər bölüşdürülməsini tənqid edərək bildirib ki, …