Çərşənbə axşamı , Oktyabr 20 2026
azfa

Ortaq Türk ordusunun yaradılması üçün danışıqlar aparılır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntop bu gün keçirilən mətbuat konfransında jurnalistin ortaq türk ordusunun yaranıb yaranmayacağına dair sualına cavab verərkən deyib: “Ortaq Türk ordusu yaradılması istiqamətində də bir sıra danışıqlar aparılır”.

O bildirib ki, anlaşmalar çərçivəsində iki ölkənin (Türkiyə və Azərbaycan) ortaq hərbi təlimləri keçirilir:

“Bütün bunlara rəğmən bizim əsas amalımız bir millət iki dövlətdir. Hər zaman da belə olaraq qalacaq. Bunun ətrafında da bir çox danışıqlar və anlaşmalar aparılıb”.

Həmçinin yoxlayın

Yüzlərlə Amerika şirkəti müqavilələr bağlamaq üçün Özbəkistana gəlib

GADTB: ABŞ dövlət katibi Marko Rubio Səmərqənddə bildirib ki, bu səfərdə onu yüzlərlə Amerika şirkəti …

Təbrizdə azərbaycanlı vəkillər Rza Əkbəri Ədl və Məhəmməd İsmaili Əlafinin saxlanıldığı bildirilir

GADTB: Şərqi Azərbaycan Vəkillər Kollegiyasının üzvləri olan vəkillər Rza Əkbəri-Ədl və Məhəmməd İsmaili Əlləfi Təbriz …