Cümə axşamı , Aprel 25 2024
azfa

Paniranistlərinin fitnəkarlığına qarşı “Biz birik” şuarı ilə aksiya keçirən azərbaycanlı fəal  Astaraya çatıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, paniranistlərinin Güney Azərbaycanda fitnəkarlığına qarşı “Biz birik” şuarı ilə aksiya keçirən azərbaycanlı fəal  Meysəm ColaniAstaraya çatıb.

Ərdəbildən olan azərbaycanlı fəal bu barədə iyunun 2-də özünün “İnstagram” səhifəsində etdiyi paylaşımda xəbər verib. O Astaraya çatmaqla 75 kilometrlik “Biz birik” yürüşünün başa çatdırıb.

Meysəm Colani Astarada paniranistlərin Azərbaycan şəhərləri – Astara və Ərdəbil arasında ixtilaf yaratma cəhdlərindən sonra irqçilərin pis niyyətlərinə etiraz əlaməti olaraq iyunun 1-i səhər saatlarında barış, birlik və dostluq nümayişi olaraq Ərdəbildən Astaraya doğru yürüşə başlayıb.

Azərbaycanlı fəal yol boyu gördükləri barədə öz təəssüratını belə qeyd edib:

M.Colani iyunun 2-də Astaraya çatıb və şəhər  əhalisi tərəfindən hörmətlə qarşılanıb.

Fəal yazər ki, yol boyu bir çox vətəndaşlar avtomobillərini saxlayaraq yürüşün məqsədi barədə maraqlanıblar və onlara bu barədə ətraflı cavab verib.

Ətraf mühit fəalı yazır ki, yol üstü polis postlarından birində polislər tərəfindən saxlanılaraq, inzibati binaya dəvət etdilib, yürüşünün məqsədi barədə maraqlanıblar və cavab aldıqdan sonra ona təşəkkürlərini bildirib və onunla xatirə şəkli çəkdiriblər.

Azərbaycanlı fəal Heyran gədiyində 2 kilometr boyunca atılan məişət tullantılarını toplayıb.

Milli fəalın sözlərinə görə, Astaraya çatanda onu qarşlayanlar arasında jurnalistlər də olub.

Onlardan biri yürüşlə bağlı reportaj hazırlayacağını və mətbuatda yayınlayacağını bildirib.

Meysəm Colani həmçinin yazıb ki, havanın temperaturu yüksək olsa da yürüşün yorğunluğunu Astara əhalisinin xoş qarşılaması və qonaqpərvərliyi unutdurub.

Həmçinin yoxlayın

Türk ölkələri Azərbaycan-Qırğızıstan arasında mühüm sənədlər imzalandı

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və …

Molla rejimi pulsuz bilet bəhanəsi ilə Traxtur komandslnl cərimələndi

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, dünən İranın Futbol Federasiyasının İntizam Komitəsi Güney Azərbaycanın …