Çərşənbə , Oktyabr 21 2026
azfa

Yunan tanklarının Türk PUA-ları qarşısında aciz olduğuna etiraf

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, mümkün müharibədə Yunanıstan tankları Türkiyə PUA-larının qarşısında aciz qalacaq.

Bu barədə “Nəşnl İnterest” nəşrində Türkiyə və Yunanıstanın arasında mümkün müharibə ehtimalları barədə yayımlanan məqalədə deyilir.

“Türkiyə PUA sahəsində bir növ supergücə çevrilib və yalnız öz ordusu üçün istehsal etməklə kifayətlənməyib, eyni zamanda böyük ixracatçı rolunu oynadı”, – deyə bildirilib.

Üstəlik, məqalədə Yunanıstan inventarında alman-amerikan istehsalı 1341 tankın olduğu halda, Türkiyənin böyük qismi yerli istehsal olan 3 min tanka sahib olduğu qeyd edilib.

Həmçinin yoxlayın

Tramp: İran üzərində qələbəyə necə nail olacağımız barədə yalnız yekun qərarı vermək qalır

GADTB: ABŞ Prezidenti Donald Tramp oktyabrın 20-si, çərşənbə axşamı İranla müharibənin “çox tezliklə” başa çatacağına …

“TankerTrackers”: İrandan Çinə xam neft idxalı sürətlə azalır; neft saxta sənədlərlə Malayziya, İndoneziya, İraq və Oman nefti kimi rəsmiləşdirilir

GADTB: Neft tankerlərinin hərəkətini izləyən “TankerTrackers” şirkəti neft və enerji bazarı üzrə ixtisaslaşmış əmtəə bazarı …