Çərşənbə axşamı , Aprel 23 2024
azfa

Urmiyada seçki öncəsi mühacir kürdlər şəhəri qəsb etmə planına start verdilər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycanın Urmiya şəhərində şəhər şurası seçkiləri öncəsi mühacir kürdlər şəhəri qəsb etmək üçün hərəkət keçiblər.

Kürd terror təşkilatlarının himayədarlarından olan Şimali Xorasan əyalətinin kermancı kürd müğənni Möhsün Mirzəzadə Qərbi Azərbaycan əyalətində keçiriləcək şəhər şurası seçkiləri öncəsi Urmiya şəhərinə gələrək kürd namizədlərin təşviqat prosesinə dəsətk verib.

Azərbaycan ərazilərinə iddia irəli sürən terror təşkilatının yanlısı açıqcasına PKK terror təşkilatının iddialarını təbliğ edir.

Qeyd edək ki, bir neçə ay öncə Möhsün Mirzəzadə Qərbi Azərbaycanda kürd terror qruplaşmalarına yaxınlığı ilə tanınan Məsud Şəmsnəjadla birgə Urmiya gölünün kənarında yerləşən Kazımxan Daşı qalasının qarşısında kürd dilində mahnı oxumaqla Azərbaycanın qədim şəhəri olan Urmiyanı kürd bölgəsi kimi tanıtmağa çalışmışdı.

Həmin qərəzli klipin İranın dövlət televiziyasında yayınlanan “Nun-X” serialında  göstərilməsi isə haqlı olaraq Güney Azərbaycanda etirazla qarşılanmışdı.

Hazırda isə yenə Möhsün Mirzəzadə kürd geyimində fotosunu paylaşdığı statusunda Urmiyada olduğunu bildirib və bu şəhəri kürd şəhəri tanıtmağa çalışıb O paylaşdığıl statusda yazıb: “Başınıza dolanım ki, icazə verdiniz bu geyimi sizin yanınızda, sizin şəhərinizdə və sizin torpağınızda əynimə geyinim. Bji  kurd (yaşasın kürd)”.

O, öz statusunda kürd terror qruplaşmalarına xas həştəglərdən istifadə edib. İran rejimi isə Azərbaycana qarşı həmin terrorçu və mühacir kürdləri dəstəkləyir.

Həmçinin yoxlayın

Molla rejimi Bosniyada müsəlmanların başlarına gələnlər soyqırımı saymır

GADTB: İranın Belqraddakı səfiri Rəşid Həsənpur telekanala müsahibəsində deyib: “Bosniyada müsəlmanların başlarına gələnlər cinayət əməli …

Tehranın Əmir Kəbir Universitetində məcburi hicab qaydalarına etiraz

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə,  Tehranın Əmir Kəbir Universitetinin tələbələri məcburi hicab qaydalarının …