Cümə , Fevral 13 2026
azfa

Paşinyan Ermənistanın himayədarı İranla ABŞ-a görə sərhədin bağlanasından qorxuya düşüb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan geosiyasi vəziyyət səbəbindən İran və Gürcüstanla sərhədlərin bağlanması ehtimalını istisna etməyib. Bu barədə Paşinyan parlamentdə çıxışı zamanı bildirib.

Paşinyan bir qədər əvvəl təcrübəli bir diplomatla görüşü zamanı Azərbaycan və Türkiyə ilə sərhədlərin qapalı, digərlərinin isə demək olar ki, yarıaçıq vəziyyətdə olmasını göstərməklə Ermənistandakı vəziyyəti ətraflı şəkildə təsvir etdiyini qeyd edib.

“Məsələn, Ermənistan-İran sərhədləri ABŞ-la İran münasibətlərindən, həmçinin çətin geosiyasi vəziyyətdən asılı olaraq de-fakto bağlana bilər. Ermənistanın Gürcüstanla sərhədləri də pis şərait və geosiyasi vəziyyətə görə bağlana bilər. Yəni belə çıxır ki, Ermənistan dənizi olmayan adadır, bəs biz necə olaq?” – Paşinyan bildirib.

Qeyd edək ki, Nikol Paşinyan sözügedən müzakirənin hansı diplomatla və hansı mövzu ətrafında müzakirə edildiyini açıqlamayıb.

Həmçinin yoxlayın

Qəzvində 17 yaşlı şagird Sarina Rzayi və anası Zəhra Türkməni saxlanılıb

GADTB: Qəzvin şəhərində yaşayan, 11-ci sinif şagirdi olan 17 yaşlı Sarina Rzayi 1404-cü ilin dey …

Rafael Qrossi İranın 60 faiz zənginləşdirilmiş uranı ilə bağlı açıq xəbərdarlıq etdi

GADTB: Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossi son açıqlamalarında İran İslam Respublikasına …

Bir cavab yazın