Bazar ertəsi , Fevral 9 2026
azfa

Paşinyanın Xankəndidə Azərbaycana qarşı təxribatı azərbaycanlıları ayağa qaldırdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyədə yaşayan bir qrup azərbaycanlı ziyalı Ermənistan Baş naziri Nikol Paşinyanın dövlət təhlükəsizlik şurasının iclasını Xankəndidə keçirməsinə qarşı kampaniya başladıb.

Ziyalılar yaydıqları bəyanatda Paşinyanın bu addımının Azərbaycan xalqına qarşı təhqir, Xocalı və Qarabağ şəhidlərinin ruhuna sayğısızlıq olduğunu bildiriblər.

“Nikol Paşinyanın Ermənistan Təhlükəsizlik Şurasının iclasını Xankəndidə keçirməsi yolverilməzdir, cinayətdir, Azərbaycan xalqına qarşı təhqir, Xocalı və Qarabağ şəhidlərinin ruhuna sayğısızlıqdır!

Biz xalq olaraq, Azərbaycan Silahlı Qüvvələrinin yanında olduğumuzu bildirir və Şanlı Azərbaycan Ordusuna “#AzərbaycanOrdusuXankəndinivur” deyirik!”, – bəyanatda qeyd edilib.

Artıq Türkiyənin Girəsun Universitetinin professoru, Oksford Universitetinin Sokrat mükafatı laureatı Aygün Attar, yazıçı-şair Elçin Aslangil, Azərbaycan Təhsil və Mədəniyyət Dərnəyinin rəhbəri, yazıçı Aygün Həsənoğlu, landşaftşünas, yazıçı Şəbnəm Karslı və başqa şəxslər sosial şəbəkələrdə #AzərbaycanOrdusuXankəndinivur həştəqi ilə kampaniyaya dəstək veriblər.

 

Həmçinin yoxlayın

İsrail ABŞ-ni İrana qarşı birtərəfli hücumlara hazır olduğu barədə xəbərdar etdi

GADTB: İsrail müdafiə rəsmiləri ABŞ-ni xəbərdar edib ki, ölkə lazım gələrsə, İrana qarşı birtərəfli hərəkətə …

İran PJAK üzvlərini həbs etdiyini bildirir

GADTB: İran hakimiyyəti İran kürd hərbi-siyasi təşkilatı PJAK-ın 11 üzvü olduğu iddia edilən şəxsi təxribat …

Bir cavab yazın