GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bu gün İranın 14-cü hökumətinin təklif etdiyi nazirlərin siyahısı parlamentin Rəyasət Heyətinə təqdim edilib.
İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf bu gün avqustun 11-də keçirilən ümumi iclasda 14-cü hökumətin təklif olunan nazirlərini təqdim edən məktubunu oxuyub.
Prezident Pezeşkianın təklif etdiyi adlar belədir:
Alirza Kazimi – Təhsil Nazirliyi
Səttar Haşimi – Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi
Hüccətül-islam Seyyid İsmayıl Xətib – Kəşfiyyat Nazirliyi
Abdül Nasir Himməti – İqtisadiyyat və Maliyyə Nazirliyi
Seyid Abbas İraqçi – Xarici İşlər Nazirliyi
Məhəmməd Rza Zəfərəndi – Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi
Əhməd Meydəri – Kooperasiya, Əmək və Sosial Rifah Nazirliyi
Qulamrıza Nuri – Kənd Təsərrüfatı Nazirliyi
Əmin Hüseyin Rəhimi – Ədliyyə Nazirliyi
Əmir Əziz Nəsirzadə – Müdafiə, Logistika və Silahlı Qüvvələr Nazirliyi
Fərzanə Sadıq – Yollar və Şəhərsalma Nazirliyi
Məhəmməd Ətabək – Sənaye, Mədən və Ticarət Nazirliyi
Hüseyin Simayi Sərraf – Elm, Araşdırma və Texnologiya Nazirliyi
Seyid Abbas Salehi – Mədəniyyət və İslami İrşad Nazirliyi
İskəndər Mömini – Daxili İşlər Nazirliyi
Məhəmməd Rza Salehi Əmiri – Mədəni İrs və Turizm Nazirliyi
Möhsün Paknejad – Neft Nazirliyi
Abbas Əliabadi – Energetika Nazirliyi
Əhməd Dünyamalı – İdman və Gənclər Nazirliyi
Parlamentin reqlamentinə əsasən, deputatlara təklif olunan nazirlərin proqramlarına baxmaq üçün bir həftə vaxt verilir, bundan sonra parlament plenar iclaslarda nazirlərin səlahiyyətlərini qiymətləndirməyə başlayacaq.
Təklif olunan nazirlərdən 3-nün Azərbaycan türkü olduğu bildirilir.